Prezident İlham Əliyev uşaqlarla bağlı 20202030cu illər üçün Strategiyanı təsdiq etdi


Siyasət 02 İyn 2020 18:39:00 160 0

Prezident İlham Əliyev uşaqlarla bağlı 20202030cu illər üçün Strategiyanı təsdiq etdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncam Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədi daşıyır.

Sərəncamla "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası" (bundan sonra - Strategiya) təsdiq edilib.

Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib.

Nazirlər Kabineti Strategiyanın 2020-2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Son.az