“Türk Hava Yolları” Bakı-İstanbul reyslərini bərpa edir


İqtisadiyyat 02 İyn 2020 17:17:54 225 0

“Türk Hava Yolları” Bakı-İstanbul reyslərini bərpa edir

Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları”nın (THY) Bakı-İstanbul arasında aviareyslərini bərpa edir

Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” şirkəti(THY) Bakı-İstanbul-Bakı reyslərini bərpa edir.

“Report” bu barədəşirkətə istinadən xəbər verir.

Məlumata görə, artıq aviabiletlər satışa çıxarılıb.

“Əgər iyunun 15-də sərhədlər açılsa, THY uçuşları həyata keçirməyə başlayacaq.Sərhədlərin bağlı qalması müddəti uzadılsa, uçuşlar təxirə salınacaq. Amma bilet alanlar heç birproblemlə üzləşməyəcək. Onlar biletlərini geri qaytara və yaxud 2021-ci ilin sonuna qədər istənilən tarixə dəyişdirə biləcəklər", - deyə THY-dən "Report"a bildirilib.