Qadın Instagramda canlı yayım açıb, uşaq doğdu


Dünya 02 İyn 2020 17:04:00 157 0

Qadın Instagramda canlı yayım açıb, uşaq doğdu

Altıncı övladına hamilə qalan qadın ev şəraitində dünyaya uşaq gətirib.

Son.az The Sun-a istinadla bildirir ki, 5 uşaq anası digər ailə üzvlərinin gözü qarşısında hovuzda doğuş həyata keçirib.

Əslən avstraliyalı olub, ABŞ-da yaşayan Emma Isaacs Los-Ancelesdəki evində doğum edərkən həmin anları sosial şəbəkə vasitəsi ilə canlı yayım edib.

"Okey, Instagram dostlarım, görünür, bu gün sizinlə birlikdə doğuş prosesi həyata keçirəcəyik", - o, canlı yayıma başlamazdan əvvəl söyləyib.