Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları...


Şou-biznes 02 İyn 2020 16:49:00 146 0

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları...

Hər zaman məşhurlar müzakirə ediləndə "Bizim niyə filankəsimiz" yoxdur cümləsi və bu ifadənin ətrafında qızğın müzakirələr gedir. Kimi dünyaya çıxa bilməməkdə və daha yaxşı inkişaf etməməkdə səbəbi el qınağında, başqası isə məşhurların özündə görür.

Son.az bildirir ki, axşam.az məsələyə fərqli rakursdan yanaşaraq, sənətçilərimizi türkiyəli məşhurlarla müqayisə edib. Müqayisələrdə isə onların sənətləri yox, mediadakı və cəmiyyətdəki yerləri, etdikləri hərəkətlər və xarakterlər əsas götürülüb.

Beləliklə, sizi siyahı ilə tanış edirik:

Əgər Xalq artisti Aygün Kazımova Türkiyədə dünyaya gəlsəydi, sözsüz ki, "Superstar" olaraq tanınan Ajda Pekkan olardı. Buna onların səhnə şouları, geyimləri və etdirdikləri saysız əməliyyatlar zəmin yaradır. Bir də yaşlarına rəğmən hələ də cavan görünmələri...

Xatirə İslamın bir çox hallarda Demet Akalınla bənzərliyi var. Bunun üçün hər iki sənətçinin İnstaqram hesabına baxmaq kifayətdir. Son günlər Xatirə İslam hər anını paylaşmasa da, illər öncə həyat yoldaşı ilə hamamdan bölüşdüyü və belində banka olan şəkillərini unutmamışıq. Bir də paylaşdıqları sonsuz reklamlar...

Bəstəkar-müğənni Ramal İsrafilov deyəndə ağla Mustafa Ceceli gəlir. Hər ikisinin hit mahnıları olması və fəaliyyətləri onları bənzər edir.

Deniz Seki və Fədayə Laçını birləşdirən isə taleləridir. Hər iksi sevginin qurbanına çevrilib və həbsxana həyatı yaşayıb.

Hər nə qədər Şəbnəm Tovuzluya Sibel Can desələr də, bunun haqqını ən gözəl verən müğənni Damladır. "Google"u bir az qurdalasaq, "sakit" Damlanın və "sakit" Sibel Canın nələrə qadir olduğunu açıq-aydın görə bilərik. Hər iki ifaçı özünü hər zaman mehriban, saf, qüsursuz göstərmək üçün əldən-ayaqdan gedir.

Xalq artisti Röya Ayxan isə Beren Saatdır. Onların sosial şəbəkədə paylaşım edərkən yazdıqları mətnlər heç vaxt anlaşılmır. Hər iki məşhurun yazdığı statusların üzərində media bir həftə araşdırma aparır ki, onların nə deməyə çalışdığını düzgün anlasın.

Murat Bozu andıran isə Zamiq Hüseynovdur. Hər ikisi dəbli görünmək üçün dəridən-qabıqdan çıxır. İdman edir, şəxsi həyatını gizlətməyə çalışır və çox məsələdə səssiz qalır.