Müştərilər belə aldadılır:


Digərləri 02 İyn 2020 16:29:00 203 0

Müştərilər belə aldadılır:

Azərbaycanda koronavirusa qarşı zəncəfilli çörək istehsal edilir. Sosial şəbəklərdə yayılan çörəyin fotosu geniş müzakirələrə səbəb olub. Çörəyin üzərində antikoronaviruslu sözü yazılıb. Ekspertlərin sözlərinə görə, pandemiya dövründə bəzi işbazlar yaranmış vəziyyətdən istifadə edərək, istehlakçıları aldatmağa çalışırlar.

Son.az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Eyyub Hüseynov - AİB-in sədri: "Hətta müqəddəs hesab etdiyimiz, gündəlik istehlak malı olan çörəyə də bu pandemiyanı necə deyərlər tətbiq edib, çoxlu pul qazanmaq istəyirlər. Tərkibinə zəncəfil vuraraq insanları cəlb edir və onları aldadır. Bu, istehlakçıların birbaşa aldadılmasıdır".

Sakin: "Mən elə şeylərə inanmıram".

Sakin: "Mən açığını deyim, elə şeylərə inanmıram. Ona da mənfi münasibət bəsləyirəm. Elə çörək də almıram. Onlar pul qazanmaq xatirinə müəyyən şeylərə əl atırlar".

Həkimlər deyir ki, ümumiyətlə, hər hansı bir ərzaq məhsulunun koronavirus əleyhinə təsirinin olması mümkün deyil. Hətta bəzi qidaların karbohidrat dəyərinin çox olması orqanizmin müqavimətini zəiflədir ki, nətəcədə koronavirusa yoluxma riski artır.

Mətanət Cəfəroca - Həkim: "Burada olan qidalı elementlərin miqdarı az olur. Yəni karbohidrat dəyəri yüksək olan qidalarda. Amma heç bir qida məhsulunun virus əlaeyhinə, eləcə də koronavirus əleyhinə təsiri yoxdur. Bu təsirin olması üçün bunun bir elmi sübutu olmalıdır. Alimlər bunun üzərində işləməlidir və rəy verməlidir".

Hazırda koronovirusa qarşı olduğu iddia edilən çörəyin istehsal olunduğu müəssisədə işçilər müdiriyyətin iş yerində olmadığını deyərək, müsahibə vermək və yaxud da həmin çörəyin istehsal prosesini göstərmək istəmədilər.