İranın neft-qaz gəlirləri kəskin azalıb


İqtisadiyyat 02 İyn 2020 16:00:08 171 0

İranın neft-qaz gəlirləri kəskin azalıb

İranın illik neft və təbii qaz gəlirləri 92% azalıb

“Son 9 ildə İranın illik neft və təbii qaz gəlirləri 92,5% azalaraq119 milyard ABŞ dollarından 8,9 milyard ABŞ dollarına enib”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Büdcə və Planlaşdırma Agentliyinin prezidenti Muhammed Bakır Nobaht açıqlayıb.

“Son 9 ildə neft və qaz ixracatı həmişə dalğalı olub. Belə ki, ötən il ixracımız 8,9 mlrd dollara düşüb. Hazırda ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa və idarə etməyə çalışırıq”, - o bildirib.

Onun sözlərinə görə, ABŞ-ın birtərəfli sanksiyaları səbəbindən cari ilin büdcəsində neft gəlirlərinin payı10%-ə endirilib.

Qeyd edək ki, İran son iki ildə neft ixracı ilə bağlı məlumat paylaşmasa da, son bir ildə bu rəqəmin gündə 250 minbareldən aşağı olduğu barədə beynəlxalq mediada məlumat verilir.