Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları qəzaya düşüb, ölən var


Dünya 02 İyn 2020 16:02:36 203 0

Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları qəzaya düşüb, ölən var

Bildirilib ki, iyunun 2-də günorta saatlarında “UAZ” markalı avtomobil məlum olmayan səbəbdən ağaca çarpılıb.

Ermənistanın Tavuş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Müdafiə Nazirliyinin bir əməkdaşı ölüb, biri yaralanıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədəErmənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Hadisə iyunun 2-də günorta saatlarında qeydə alınıb. Belə ki, UAZ markalı avtomobil naməlum səbəbdən ağaca çarpılıb.

Qəzaya düşənlərErmənistan Müdafiə Nazirliyinin balansında olan “Dağlıq Ermənistan” istirahət evinin əməkdaşlarıdır.