Əməkdar artistdən həyat yoldaşı ilə bağlı ETİRAF:


Şou-biznes 02 İyn 2020 15:31:00 175 0

Əməkdar artistdən həyat yoldaşı ilə bağlı ETİRAF:

"Yoldaşımla mən tələbə yoldaşı olmuşuq".

Son.az xəbər verir ki, bunu Əməkdar artist Kəmalə Müzəffər "Bizimləsən"də şəxsi həyatı ilə bağlı danışarkən deyib.

Aktrisa həyat yoldaşının ona dəstək olmadığını etiraf edib:

"İncəsənət Universitetinin Dram Kino rejissorluğunda o, aktyorluğunda mən oxumuşam və biz tələbə yoldaşı olmuşuq. Sonra o, öz yolunda olmadı, tamamilə bir iş adamına çevrildi. Deməzdim nə yaxşı ki, peşəsinin dalınca getmədi. O, çox istedadlı idi. Mən ona vurulanda məndən çox istedadlı olmağına və məndən çox bilikli olmağına vurulmuşdum. Məndən 6 yaş böyük idi. Əsgərliyini çəkmişdi, Mədəni Maarif Texnikumunu bitirmişdi, sonra İncəsənət Universitetinə daxil olmuşdu. Mən isə məktəb partasının arxasından getmişdim. Hər zaman da kurs tamaşalarını mən oynayırdım. O, məni hər dəfə dəvət edirdi. Yəqin ki, xoşu gəlirdi məndən. Kaş ki, o, elə rejissor olardı. 30 illik aktrisalıq yolumu yürümək mənə asan olardı. Çünki heç kimim yoxdur bu sahədə. Yoldaşım diplomunu alan kimi dedi ki, "Mən bu yolda yoxam. Sən istəyirsənsə davam et". Dəstək olmadı mənə, tamamilə kənara çəkildi. Bu gün isə düzünü desəm, artıq mənə dəstək lazım deyil. Artıq öz ayaqlarım üzərində durmağı bacarıram. Onun mənə ən böyük dəstəyi qarşıma böyük barierlər qoymamağı, mane olmamağıdır.