Azərbaycanda koronavirusa yoluxan işçilərə görə xəstəxana bağlanıb?


Digərləri 02 İyn 2020 15:36:00 222 0

Azərbaycanda koronavirusa yoluxan işçilərə görə xəstəxana bağlanıb?

Bərdə rayonunda yerləşən Regional Diaqnostika Mərkəzinin fəaliyyətini bir neçə günlük dayandırdığına dair məlumatlar yayılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, iddialara görə, səhiyyə müəssisəsinin fəaliyyətini dayandırmasına orada çalışan üç tibb işçisinin koronavirusa yoluxması səbəb olub.

Onların Goranboy rayonunda koronaviruslu xəstələrə yardım göstərərkən yoluxduğu bildirilir.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəti Rəvanə Əliyeva sözügedən sayta açıqlamasında bildirib ki, bu, tibb müəssisəsində kimlərinsə virusa yoluxması ilə bağlı olmur:

"Biz daha əvvəl də bildirmişdik ki, tibb müəssisələrinin fəaliyyətlərində bir neçə günlük məhdudiyyətlərin olması həmin müəssisələrdə aparılan dezinfeksiya tədbirləri ilə bağlı ola bilir.