İstanbul polisi xüsusi əməliyyat keçirdi:


Dünya 02 İyn 2020 14:37:00 558 0

İstanbul polisi xüsusi əməliyyat keçirdi:

İstanbulda polis FETÖ terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 118 nəfər saxlanılıb.

Saxlananlar arasında ehtiyatda olan zabitlər də var.

Qeyd olunur ki, saxlanan şəxslər FETÖ üzvləri ilə sıx əlaqədə olub.

Əməliyyatların Türkiyənin digər şəhərlərində də keçiriləcəyi istisna olunmur.