“Boeing” “Embraer”i məhkəməyə verib


Dünya 02 İyn 2020 13:03:00 157 0

“Boeing” “Embraer”i məhkəməyə verib

ABŞ-ın "Boeing" korporasiyası Braziliyanın "Embraer" aviaqayırma şirkətini arbitraj məhkəməsinə verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu addım şirkətlər arasında baş tutmamış razılığa görə atılıb.

Daha əvvəl isə, aprel ayında "Embraer" "Boeing"i eyni səbəblə məhkəməyə vermişdi.

Qeyd olunur ki, şirkətlər arasında birgə müəssisənin yaradılması ilə bağlı saziş planlaşdırılırdı. Razılaşmaya əsasən, "Boeing" "Embraer"in payının 80 faizini almalı idi. Sazişin dəyəri 4,2 milyard dollar məbləğində dəyərləndirilirdi.