"Çox imkanlı insanlar mənimlə ailə qurmaq istəyirdi"


Şou-biznes 02 İyn 2020 14:15:00 217 0

"Çox imkanlı insanlar mənimlə ailə qurmaq istəyirdi"

Müğənni Elnarə Xəlilova həyat yoldaşı Rövşən Cahangirovdan bəhs edib.

Son.az axşam.az-a istinadən bildirir ki, "Ən yaxşısı" verilişinə qonaq olan sənətçi tanış olduqları vaxtlardan danışıb:

"Nikah riskdir. Hətta onu bəzən qarpızla eyniləşdirirlər: bilinmir, içi ağ, yoxsa qırmızı çıxacaq. Eləcə də mən ailə quranda riskə getdim. Təbii ki, mənim də həmin vaxt 26 yaşım var idi. Laçın vaxtlarım idi, hər yerdən mənimlə ailə qurmaq istəyən var idi. Bilmirdim kimi seçim. Onların arasında çox imkanlısı da, hər təbəqədən olanı da var idi. Rövşəni ən xeyirlisi hesab etdim.

Hazırda bu cəmiyyətdə sağlam böyütdüyüm övladlarım var. Onlar mənim ən böyük var dövlətim, daş-qaşım, villamdır. Üç əsgər böyüdürəm evdə. Mən də, yoldaşım da hərbiçidir. Övladlarımız da o ruhda böyüyür".

Sosial şəbəkədən bəhs edən ifaçı onlardan çox istifadə etmədiyini açıqlayıb: