Azərbaycanlı aparıcının oğlu atasının "ƏKİZİ" ÇIXDI


Digərləri 02 İyn 2020 13:17:24 186 0

Azərbaycanlı aparıcının oğlu atasının "ƏKİZİ" ÇIXDI

Tanınmış teleaparıcı İradə İsaq sosial şəbəkədə paylaşdığı kollajla diqqətləri üzərinə çəkib.

Son.az xəbər verir ki, xanım aparıcı atası ilə oğlunun fotosunu paylaşıb. Təəccübləndirən isə İradə İsaqın atası ilə oğlu Yunisin uşaqlığının inanılmaz dərəcədə oxşarlığı olub.

Aparıcı paylaşımına "Soldakı atamdır, sağdakı oğlum. Uşaq ikən tapa bilmirdik ki, Yunis İsaq kimə bənzəyir. Atam hər dəfə "mənə" deyəndə gülürdük. Çünki indiki halına heç oxşamırdı. Bir gün atam uşaqlıq şəklini tapıb bizə göstərəndə beləcə şok olduq. Bir alma qədər bənzəyirmişlər. Möcüzə!" şərhini yazıb.