Bakıda "mall"arın yeni iş qaydası:


Digərləri 02 İyn 2020 13:36:00 188 0

Bakıda "mall"arın yeni iş qaydası:

Fəaliyyəti bərpa olunan "mall"ara maska və əlcəksiz daxil olmaq qadağandır.

Son.az xəbər verir ki, Trend yenidən fəaliyyətləri bərpa olunan iri ticarət mərkəzləri ilə əlaqə saxlayaraq onların hansı qaydalarda işləmələri barədə maraqlanıb. Bakıda olan bir neçə alış-veriş mərkəzləri Nazirlər Kabinetinin göstərişlərinə əməl edərək işlədiklərini bildiriblər.

"Gənclik Mall" və "28 Mall"dan qeyd olunub ki, maska və əlacəklərdən istifadə etməyən şəxslərin ticarət mərkəzlərinə girişi qadağandır:

""Mall"ların hər bir girişi mühafizə xidmətləri tərəfindən nəzarətdədir. İçəri daxil olarkən hökmən vətəndaşın əlində əlcək, üzündə isə maska olmalıdır. Ticarət mərkəzindən olan bütün icarədarlara yazılı şəkildə bildirişlər olunub. Bildirişdə qeyd olunub ki, heyət maska və əlcəklərdən istifadə etsin. "Mall"arda audi və video şüarlar səsləndirilir, davranış qaydaları və gigiyenaya nəzarət edilməsi bildirilir".

Əlavə olunub ki, əgər "mall"arın mühafizə xidmətinin əməkdaşları daxildə maskasız şəxs aşkar edərlərlərsə, onlardan yenidən taxmaları tələb olunacaq.

Park Bulvar alış-veriş mərkəzində də maska və əlcəksiz içəri daxil olmaq olmaz, "mall"ın həftədə bir dəfə pəşakar şirkət tərəfindən ümumi dezinfeksiya olunacağı deyilir: