Bakıda mühafizəçinin dəhşətli qətlinin


Digərləri 02 İyn 2020 12:52:00 167 0

Bakıda mühafizəçinin dəhşətli qətlinin

İyunun 1-nə keçən gecə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində mağaza mühafizəçisinin qətlinin təfərrüatı məlum olub.

Bakıda işçi mağazada qətlə yetirildi, 40 min manat oğurlandı

Son.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, cinayətkarlar gözətçinin əl-ayaqlarını, ağzını və burnunu yapışqan lentlə bağlayıblar. Bundan əlavə, H.Əhmədovun bədəninə xəsarət yetirilsə də, o, boğulmadan ölüb. Qeyd edilib ki, içində pul olan seyf açarla açılıb.

İlkin ehtimala görə, qətldə və soyğunda əli olan şəxslər seyfdə külli miqdarda pul olduğunu biliblər.

Daha əvvəl xəbər verildiyi kimi, dünən saat 05:45 radələrində Məşədi Adil küçəsində yerləşən "İl" marketdə ticarət mərkəzində mühafizəçi işləyən 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun cəsədi tapılıb.