Tokioda koronavirusa yoluxanların sayında kəskin artım olub


Dünya 02 İyn 2020 12:30:45 161 0

Tokioda koronavirusa yoluxanların sayında kəskin artım olub

Yoluxma hallarındakı belə kəskin artım Tokioda sonuncu dəfə 19 gün əvvəl – martın 14-də müşahidə edilmişdi

Pandemiya səbəbi ilə elan edilmiş fövqəladə vəziyyət rejiminin bir həftə əvvəl ləğv edildiyi Tokioda koronavirusa yoluxma hallarının sayında kəskin artım qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Qeyd olunur ki, son sutka ərzində burada 30-dan çox yeni yoluxma hadisəsi aşkarlanıb. Yoluxma hallarındakı belə kəskin artım Tokioda sonuncu dəfə 19 gün əvvəl – mayın 14-də müşahidə edilmişdi.

Son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxan insanların, o cümlədən “Diamond Princess” kruiz gəmisinin sərnişinləri və ekipaj üzvləri da daxil olmaqla sayı 17,6 min nəfəri keçib, 911 nəfər virusdan ölüb. Ölkədə ümumilikdə 15 minə yaxın insan virusdan sağalıb, 116 nəfər reanimasiya şöbələrində ağır vəziyyətdə qalır.

Xatırladaq ki, keçən həftə bütün Yaponiya ərazisində fövqəladə vəziyyət rejimi ləğv edilib.