İşəgötürənlər üçün yeni tələblər təsdiq edildi


Digərləri 02 İyn 2020 12:41:00 159 0

İşəgötürənlər üçün yeni tələblər təsdiq edildi

Azərbaycanda işəgötürənlər üçün yeni tələblər müəyyən edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Belə ki, İnzibati Xətalar Məcəlləsinə 205-1-ci maddə (Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulması) əlavə edilir. Yeni maddənin tələbləri aşağıdakı kimidir:

"Maddə 205-1. Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulması

205-1.1. Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:

205-1.1.1. əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

205-1.1.2. əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

205-1.1.3. müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;