“Qorxaq adam anasını da satar”


Şou-biznes 02 İyn 2020 11:57:00 196 0

“Qorxaq adam anasını da satar”

Qorxu! Cəmiyyətimizin ən böyük eybi. Qorxaq adam yaltaq olur, satqın olur, vəzifəyə, şöhrətə, pula, komfortuna görə dostunu da, anasını da, qardaşını da satar.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova sosial media hesabında yazıb.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onları təbrik edən H.Məhərrəmova insanları cəsarətli olmağa səsləyib:

"Qorxağın söz deməyə cürəti çatmır deyə, həmişə başqasının qulu olur. Daha sonra özündən zəif olanlara qul kimi davranır... Qorxaq adam vicdanını satır, saxtakarlıqdan da çəkinmir, inkişaf etmir, gələcəkdən, dəyişiklikdən qorxur, bataqlığa çevrilir. Qorxaqların çoxluq təşkil etdiyi cəmiyyət qoyun sürüsünə çevrilir. Odur ki, uşaqlarınızı mərd böyüdün. Onlara şəxsiyyət olmağı öyrədin. Uşaqlıqda "xoxan"la qorxudmaqdansa, böyüyəndə çoxsaylı sevgisiz, hörmətsiz və qorxu içində böyumüş "xoxan"lara qalib gəlib, onlara insan olmağı öyrədin. Gələcəkdə bizim uşaqların qurduğu sağlam cəmiyyəti görmək ümidi ilə...".