9 işəgötürən barədə hüquqmühafizə orqanları araşdırma aparır


Digərləri 02 İyn 2020 11:46:00 187 0

9 işəgötürən barədə hüquqmühafizə orqanları araşdırma aparır

Dövlət Əmək Müfəttişliyi Xidməti e-sistemə reallığa uyğun olmayan əmək müqaviləsi bildirişləri daxil edən 9 işəgötürən barədə məlumatları hüquq-mühafizə orqanlarına göndərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Son.az-a verilən məlumata görə, onların ayrı-ayrı şəxslərin karantin dövründə sərbəst hərəkətinə şərait yaratmaq üçün sui-istifadə hallarına yol verdiyinə dair şübhələr yaranıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı tədbirlərini davam etdirir.

Xidmət tərəfindən "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən bu istiqamətdə daimi nəzarət həyata keçirilir. Nəzarət zamanı 9 işəgötürən tərəfindən karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqavilələri bağlayaraq bu barədə bildirişləri həmin e-sistemə daxil etdiklərinə dair əsaslı şübhələr yaranıb.

Həmin işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.