“Həyat yoldaşım məni sevməyə başladı”


Şou-biznes 02 İyn 2020 10:46:00 177 0

“Həyat yoldaşım məni sevməyə başladı”

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı müğənni Roza Zərgərli olub. Son.az bildirir ki, ifaçı karantinin onun üçün müsbət tərəflərinin olduğunu deyib: "Pandemiyanın mənim üçün mənfi cəhətləri kilo almağım və yığdığım pulları xərcləməyim oldu. Çünki yardımlar etdim, əməliyyat olundum, əlimdə cəmi 1000 manat pulum qaldı. Lakin müsbət tərəfləri daha çox oldu. Ailəmlə çox zaman keçirib övladlarımı daha yaxşı tanıdım. Həyat yoldaşım da təzədən məni sevməyə başladı. Çünki keçmişdəki mətbəx məharətlərim yenidən üzə çıxdı".