Ukraynada koronavirusdan sağalanların sayı 10 mini ötdü


Dünya 02 İyn 2020 10:28:54 174 0

Ukraynada koronavirusdan sağalanların sayı 10 mini ötdü

Bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb.

Ukraynada daha 328 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 24 340-a çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 9 nəfər artaraq 727-ə yüksəlib.

Bildirilib ki, indiyədək Ukraynada 10 078 xəstə koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,3 milyonu ötüb. Bunların 2,9 milyon nəfərdən çoxu sağalıb, 377 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.