Bloger Mehman Hüseynovda xərçəng aşkarlanıb FOTO


Digərləri 02 İyn 2020 10:02:00 191 0

Bloger Mehman Hüseynovda xərçəng aşkarlanıb  FOTO

Tanınmış bloger Mehman Hüseynovda onkoloji xəstəlik aşkarlanıb.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, Mehman hazırda İsveçrədə müalicə alır.

Mehmanın İsveçrədə yaşayan qardaşı Emin Hüseynov açıqlamasında bildirib ki, həkimlər onun 2 mərhələ müalicədən sonra sağalacağını deyiblər: 

"Ən kiçik qardaşım Mehman Hüseynov ağır xəstədir. Bir neçə həftə əvvəl Cenevrə Universiteti Xəstəxanasının Onkoloji Mərkəzinin həkimləri nəhayət xərçəngə təklifli şiş diaqnozu qoymuşdular. Xoşbəxtlikdən həkimlər Mehmana təyin olunan müalicə kursunu ən qısa müddətdə başlaya biləcəyi təqdirdə bu xəstəliklə mübarizə şansının olduğunu söylədi. Müalicə mərhələlərlə aparılacaqdır. Birinci mərhələyə 30.000 CHF (CHF 1.00 = 1.04 ABŞ dolları) başa gələcək 5-6 həftəlik radioterapiya kursu daxildir.