Kamçatka sahillərində 5.0 bal gücündə zəlzələ baş verib


Dünya 02 İyn 2020 08:13:00 160 0

Kamçatka sahillərində 5.0 bal gücündə zəlzələ baş verib

Rusiyanın Kamçatka sahillərində 5.0 bal gücündə zəlzələ qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya elmlər akademiyasının geofizik xidmətinin Kamçatka filialından xəbər verilib

Yeraltı təkanların episentri Ust-Kamçatsk qəsəbəsindən 140 kilometr aralıda, ocağı isə 29 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar olmayıb. Sunami təhlükəsi elan edilməyib.