Türkiyədə jandarma avtomobili uçuruma düşdü, ölənlər var


Dünya 02 İyn 2020 08:23:00 154 0

Türkiyədə jandarma avtomobili uçuruma düşdü, ölənlər var

Türkiyədə zirehli avtomobil ağır yol qəzasına uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Siirtdə, Doğanköy ərazisində baş verib.

Məlumata əsasən, içində jandarmaları daşıyan zirehli avtomobil idarəetməni itirərək uçuruma yuvarlanıb. Qəzada avtomobildə olan 8 nəfər xəsarət alıb.

Yaralılar helikopterlərlə Siirt Dövlət Xəstəxanasına çatdırılsada, iki jandarmanın həyatını xilas etmək olmayıb.