Xiaomi bu smartfonların istehsalını tamamilə dayandıracaq


Digərləri 02 İyn 2020 08:25:00 184 0

Xiaomi bu smartfonların istehsalını tamamilə dayandıracaq

Son günlər Xiaomi və ona məxsus Redmi brendi xeyli 5G dəstəkli smartfon modeli təqdim edib. Bundan əlavə, şirkət öz smartfon seriyalarını 5G standartına keçirməklə yanaşı, 6G texnologiyaları üzərində də tədqiqatlar aparır.

Son.az ted.az-a istinadən bildirir ki, şirkət bu dəfə 4G dəstəkli smartfonların istehsalını tamamilə dayandıracağı ilə gündəmə gəlib.

Bildirilib ki, şirkət 5G standartlı cihazları inkişaf etdirməyə aktiv şəkildə davam edəcək. Qeyd edilib ki, dünyada artıq istifadəyə verilən 5G şəbəkə standartı "cloud gaming", avtopilot sistemləri, 4K/8K keyfiyyətli videokonfransların yaradılması və s. kimi sahələrdə böyük perspektivlər təqdim edir.

Rəsmilərin açıqlamaları nəzərə alınarsa, Xiaomi şirkəti artıq bu ilin sonuna kimi 5G standartı əsasında çalışmayan smartfonların istehsalından tamamilə imtina edə bilər.