Tramp ABŞdakı iğtişaşları daxili terror aktları adlandırıb


Dünya 02 İyn 2020 08:33:00 182 0

Tramp ABŞdakı iğtişaşları daxili terror aktları adlandırıb

ABŞ-dakı iğtişaşlar dinc nümayişlər deyil, daxili terror aktlarıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp son bir neçə gün ərzində ölkədə baş verən kütləvi etirazlar və iğtişaşlarla əlaqədar deyib.

"Linkoln və İkinci Dünya Müharibəsi Memorialına vandalların hücumuna məruz qalıb. Bunlar dinc etiraz deyil, daxili terror aktlarıdır", - ABŞ prezidenti bildirib.

D.Tramp ABŞ federal hökumətinin son günlər iğtişaşların baş verdiyi bölgələrdə qanun və qaydanı bərpa etmək üçün milli silahlı qüvvələrdən istifadə etməyə hazır olduğunu söyləyib.