"Kolizey" yenidən ziyarətçiləri qəbul etməyə başladı


Dünya 02 İyn 2020 08:02:00 189 0

"Kolizey" yenidən ziyarətçiləri qəbul etməyə başladı

İtaliyanın paytaxtı Romada yerləşən "Kolizey" arxeoloji kompleksi yenidən ziyarətçiləri qəbul etməyə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, antik abidənin sahəsinin böyük və açıq havada olmasına baxmayaraq müdiriyyət ciddi təhlükəsizlik qaydaları tətbiq edib.

Əvvəlcədən bronlaşdırılmış biletlərlə gələn müsafirlərin girəcəkdə hərarətləri ölçüləcək. Kolizeyə hər 15 dəqiqədən bir 14 nəfər ziyarətçi buraxılacaq.

Biletin qiymətinə bələdçi servisi daxil edilib. Ekskursiya orta hesabla 45-60 dəqiqə davam edəcək. Bütün ziyarətçilər tibbi qoruyucu maska, bələdçi isə qoruyucu ekran taxmalıdırlar.

İlkin məlumata görə, Kolizey hər gün 600 nəfər qəbul edə biləcək. Adi dövrdə muzeyə gələn müsafirlərin gündəlik sayları 15 min nəfərə bərabər olub.