Youtube üçün olan bu yeni faydalı funksiyadan artıq hamı yararlana bilər


Digərləri 02 İyn 2020 08:05:00 142 0

Youtube üçün olan bu yeni faydalı funksiyadan artıq hamı yararlana bilər

Keçən ay məşhur videoservis olan Youtube faydalı funksiya anons etmişdi. Söhbət, uzun xronometrajlı videokontentlərin müəyyən hissələrə ayrılmasından gedir. İndi isə bu funsiya sonunda hamı üçün aktiv olub. Bununla yanaşı sözügedən funksiyadan istifadə təlimatları həm adi istifadəçilər həm də kontent müəllifləri üçün təqdim olunub. Bu barədə Slashgear saytı xəbər verib. Bu yeni faydalı funksiyanın anonsu Youtube servisinin Twitter səhifəsində baş verib.

Youtube tərtibatçıları qeyd ediblər ki, onlar bu yeni funksiyanın imkanlarını genişləndiriblər. Beləliklə bundan sonra istifadəçilər Youtube servisində hər hansı uzun xronometrajlı videokontentə daxil olan zaman playerin zaman zolağında kontentin qısa başlıqlı hissələrini aşkar edə biləcəklər. Bu üsul ilə istifadəçilər videokontentin lazımi hissəsini sürətlə tapa biləcəklər. Qeyd etmək lazımdır ki, videoların müəyyən hissələrə ayrılması videokontent müəllifləri üçün məcburi deyil.

Onlar bunu öz videolarında reallaşdırmasalar istifadəçilər əvvəlki kimi videonu geri və ya qabağa 10 saniyəli intervalla çevirməli olacaqlar. Əgər müəllif öz videolarına bu yeni özəlliyi əlavə etmək istəyirsə, onda videodakı qısa hissələrin sayı minimum 3 olmalıdır və onların xronometrajı 10 saniyə çəkməlidir. Sözügedən yeni funksiya Youtube servisinin veb, Android və iOS versiyalarında artıq aktivdir.