ABŞda təyyarə qəzaya uğrayıb, ölənlər var


Dünya 02 İyn 2020 07:55:00 163 0

ABŞda təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın İllinoys ştatında kiçik təyyarə qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza Karlinvil şəhərindən 5 kilometr aralıda, yaşayış evlərinin yaxınlığında baş verib.

Bildirilir ki, qəza nəticəsində təyyarənin pilotu və 3 sərnişini həlak olublar.

Qəzanın səbəbləri barədə məlumat verilməyib, milli təhlükəsizlik idarəsi istintaq aparır.