Tone Vays: Bitcoin 5000$dən aşağı olmayacaq


Digərləri 02 İyn 2020 07:31:00 155 0

Tone Vays: Bitcoin 5000$dən aşağı olmayacaq

Məşhur treyder və analitik Tone Vays ForkLog-un YouTube kanalının canlı efirində çıxışı zamanı qeyd edib ki, ilk kriptovalyuta olan bitcoin nəhayət ki, 5000 dollardan yuxarı səviyyədə sabitləndi və bundan sonra həmin qiymətdən aşağı enməyəcək.

Tone Vays: "Mən hesab edirəm ki, 2020-ci ildə bitcoin 6.000-10.000 dollar aralığında ticarət olunacaq. Bitcoin mənim üçün ən yaxşı investisiyadır. Son iki ildə heç kimə BTC almağı deməmişəm, amma indi hamıya deyirəm ki, alın. Düşünürəm ki, bitcoin artıq heç vaxt 5000 dollardan aşağı olmayacaq. 2021-ci ilin sonuna qədər 15.000 ilə 20.000 dollar arasında bir qiymət gözləyirəm."