Ismayıllıda itkin düşən şəxsin axtarışları başa çatıb YENİLƏNİB


Digərləri 02 İyn 2020 07:05:00 210 0

Ismayıllıda itkin düşən şəxsin axtarışları başa çatıb  YENİLƏNİB

07:05

İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşən Süleymanov Orxan Oruc oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinindən verilən məlumata görə, O.Süleymanov nazirliyin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

05:28

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 01 iyun 2020-ci il tarixində axşam saatlarında İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, müvafiq xilasetmə və digər aidiyyəti dövlət qurumları dərhal hadisə barədə məlumatlandırılıb.