İsmayıllıda itkin düşən gənc tapıldı - YENİLƏNİB


Sosial 02 İyn 2020 06:29:00 161 0

İsmayıllıda itkin düşən gənc tapıldı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 01 iyun 2020-ci il tarixində axşam saatlarında İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.&

İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşən Süleymanov Orxan Oruc oğlunun axtarışları başa çatıb.

Bu barədə "Report"Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Bildirilir ki,O.Süleymanov Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***05:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə dünən axşam saatlarında İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Məlumata görə, FHN-inmüvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Nazirliyin Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti O.Süleymanovun axtarışlarına cəlb olunub.

Əlavə məlumat veriləcək.