İsmayıllıda 16 yaşlı gənc itkin düşdü


Sosial 02 İyn 2020 06:22:59 165 0

İsmayıllıda 16 yaşlı gənc itkin düşdü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 01 iyun 2020-ci il tarixində axşam saatlarında İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.&

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə dünən axşam saatlarında İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Məlumata görə, FHN-inmüvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Nazirliyin Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti O.Süleymanovun axtarışlarına cəlb olunub.

Əlavə məlumat veriləcək.