Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü


Dünya 02 İyn 2020 06:13:54 195 0

Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü

Dünyada 376 mindən çox insan koronavirus pandemiyasının qurbanı olub.

Dünyada 376 mindən çox insan koronavirus pandemiyasının qurbanı olub.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, ayrı-ayrı ölkələrdə COVID-19 qurbanlarının sayı 376 219 nəfərə çatıb. Virusun aşkarlandığı ölkələrdə həmçinin 6 340 574nəfər koronavirusla bağlı analizlərin müsbət nəticələrini alıb.

Bu halda infeksiyaya yoluxmuş 2,88 milyondan çox pasiyent sağalıb.

Hazırda dünyada 3 078 044 insan aktiv koronavirus xəstəsi hesab edilir. Məlumata görə, COVID-19-a yoluxmuş 53 415 pasiyentin vəziyyəti ağırdır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.