"WhatsApp" istifadəçilərə yeni fırıldaqçılıq barədə xəbərdarlıq etdi


İqtisadiyyat 02 İyn 2020 04:41:44 174 0

"WhatsApp" istifadəçilərə yeni fırıldaqçılıq barədə xəbərdarlıq etdi

WhatsApp mesencer istifadəçilərinə fırıldaqçıların hesablarına daxil ola biləcəkləri yeni bir sxem barədə xəbərdarlıq ediblər

"WhatsApp" messencer istifadəçilərinə fırıldaqçıların hesablarına daxil ola biləcəkləri yeni sxem barədə xəbərdarlıq edib.

Bu barədə"Report" "Forbes"ə istinadən xəbər verir.

Bildirilir ki, profillərin oğurlanması telefon nömrəsi ilə bağlanılma və messencerin SMS vasitəsilə təsdiqlənməsi sistemindən istifadə etməsi səbəbindən mümkün olub.

Qeyd olunur ki, yeni cihazda hesabı daxil etmək üçün "WhatsApp" istifadəçiləri SMS vasitəsilə onlara gələn xüsusi kodu daxil etməlidirlər. Fırıldaqçılar məhz bundan yararlanırlar.

Potensial zərərçəkənin tanışlarından kiminsə "WhatsApp" və ya "Facebook"a daxil olmasındansonra aşağıdakı mesaj göndərilir: “SMS göndərə bilmirəm, ona görə də "WhatsApp"dan kod ala bilmirəm. Nömrənizə bir şifrə göndərməyimi xahiş etdim. Xahiş edirəm onu mənə yönləndirin".