Tramp: "Qarışıqlıqlar etiraz nümayişləri deyil, terror aktlarıdır"


Dünya 02 İyn 2020 03:08:17 186 0

Tramp: "Qarışıqlıqlar etiraz nümayişləri deyil, terror aktlarıdır"

ABŞ prezidenti Donald Tramp ölkədəkiqarışıqlıqların dayandırılması üçün federal hokümətinin bütün resurslarının səfərbərliyini elan edib.

Donald Tramp

ABŞ prezidenti Donald Tramp ölkədəki qarışıqlıqların dayandırılması üçün federal hokümətin bütün resurslarının səfərbərliyini elan edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"ABŞ-da indiki qarışıqlıqlar etiraz nümayişləri deyil, terror aktlarıdır", - deyə Tramp bildirib.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Bütün bunlara baxmayaraq artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlıetiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.