Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var


Dünya 02 İyn 2020 02:19:29 181 0

Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var

Türkiyədə ağır yol qəzası baş verib.

Türkiyədə ağır yol qəzası baş verib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Siirtdə, Doğanköy ərazisində qeydə alınıb. Belə ki, əsgərləri daşıyan zirehli avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 8 əsgər xəsarət alıb. Yaralılar helikopterlərlə Siirtin Dövlət Xəstəxanasına çatdırılıb.

Qeyd edilir ki, xəsarət alanlardan ikisi xəstəxanada vəfat edib.