Günün qoroskopu: Düşünün, sizə ən çox nə gərəkdir?


Digərləri 02 İyn 2020 00:01:00 205 0

Günün qoroskopu: Düşünün, sizə ən çox nə gərəkdir?

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - ehtiyatlı və sərvaxt olun. Olaylar istədiyiniz istiqamətdə inkişaf etməsə də, situasiya az sonra dəyişəcək. Sadəcə, bir qədər gözləmək gərəkdir. İşdə rəhbərliklə mühüm məsələləri müzakirə etməyin. Ümumiyyətlə, rəhbərlikdən uzaq durun. Mövqe və baxışlardakı fərqlər münaqişə yarada bilər.

Günün ikinci yarısında alış-verişdə çox pul xərləməyin. Tamamilə gərəksiz əşya almaq riski çoxdur. Axşam saatlarına yaxın işgüzar fəallıq səviyyəsi aşağı düşəcək. Süstlük və apatiyaya qapılmayın. Aktiv olun.

Buğa - mənfi təmayüllərin təsiri artsa da, nikbin olun. Kiçik problemlərə fikir verməyin. Məqsədə doğru hərəkəti davam etdirin. Hədəfləriniz yaxın ətrafınızdakı insanlara illüzor təsir bağışlasa da, geri çəkilməyin.

Günün ikinci yarısı yeni işə başlamaq, çoxdan sizi cəlb edən sahədə qüvvələri sınamaq üçün yararlıdır.

Səfər və ya səyahət üçün pis zaman deyil. Alış-verişdə arzuladığınız əşyanı ala bilərsiniz. Şəxsi münasibətlərdə müsbət dəyişikliklərə başlayın. Olayların sərfəli axarından yararlanın.

Əkizlər - maraqlı və mühüm işə başlamaq üçün münasib zamandır. Uzun müddət çalışacağınız genişmiqyaslı layihəyə başlamaq olar. Etibarlı müttəfiqlər tapacaq, çoxdankı işgüzar tərəfdaşlarla münasibətləri bərpa edəcəksiniz.

Hadisələrin məcrasına təsir imkanlarına malik nüfuzlu insanla tanış ola bilərsiniz.

Günün ikinci yarısı şəxsi münasibətlər üçün yararlıdır. Yaxınlarınızı anlamağa çalışın. Dəyər verdiyiniz insanlarla dil tapın.

Sevdiyiniz insana axşam saatlarında sürpriz edə bilərsiniz.

Xərçəng - qarşınıza qoyduğunuz məqsədlərdən imtina etməyin. Yaxın ətrafınızdakı insanların nə deməsindən asılı olmayaraq seçdiyiniz yoldan sapmayın. Qətiyyətli və inadkar şəkildə çalışsanız, irəliləyişə nail olacaqsınız.

İşdə kiçik problemlər, həmkarlar və rəhbərliklə fikir ayrılıqları istisna deyil. İxtilafı xüsusi səylər göstərmədən aradan qaldırmaq olar.

Günün ikinci yarısı zəruri sənədlərin hazırlanması üçün əlverişli zamandır. Yeni tanışlıqlar asanlıqla formalaşacaq. Bəyəndiyiniz insanlarla yaxından tanış olmağa tələsməyin. Bu adamları əvvəlcə öyrənməyə, tanımağa çalışın. Əks təqdirdə pərişan ola bilərsiniz.

Şir - uğursuz gün olsa da, narahat olmağa, təşvişə düşməyə dəyməz. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq. Səbrli və qayğıkeş olun, təmkinli davranın. Təxribatlara uymayın. Formalaşmış ənənələr və qaydalar çərçivəsindən kənara çıxmamağa çalışın.

Günün ikinci yarısında sərvaxt davranın. Haqqınızda şayiələrin yayılmasına, böhtanların çoxalmasına imkan verməyin.

İşdə və evdə mübahisələr, fikir ayrılıqları olsa da, münaqişənin yaranmasına imkan verməyin. Yaşam potensialınız yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.

Qız - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə dəyişikliklər zamanıdır. Əhvalınızı pozan, mənfi energetikalı insanlarla təmasları minimuma endirin. Sürəkli şəkildə sizi tənqid edən ancaq çatışmazlıqlarınız və nöqsanlarınızdan danışan insanlardan uzaq olun.

Son vaxtlar sizi narahat edən məsələləri rəhbərliklə müzakirə edin. Cavab sizi qane etməsə belə, düzgün qərar qəbul etməyə imkan verən informasiya əldə edə bilərsiniz.

Günün ikinci yarısında aktiv çalışın.

Axşam saatlarını evdə keçirin, yaxınlarınıza vaxt ayırın. Dəvət aldığınız tədbirlərdən imtina edin. Yeni tanışlarla ehtiyatlı davranın.