Gənc yaşlarda başlayan və müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyi


Digərləri 01 İyn 2020 23:50:00 80 0

Gənc yaşlarda başlayan və müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyi

Dağınıq skleroz xəstəliyi bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da səhiyyənin aktual problemlərindən biridir. Tədqiqatlardan və praktikadan belə məlum olur ki, xəstəlik əvvəlki illərə nisbətən xeyli cavanlaşıb. Dağınıq skleroz xəstəliyi özünü bir çox müxtəlif simptomlarla büruzə verir. Belə ki, bəzi xəstələrdə gözlərinin qarşısında sanki torun olması, bəzilərində əllərinə əşya götürərkən onu yerə düşürməsi, başgicəllənmə, başağrıları, yerişin pozulması, koordinasion pozuntu, görmənin, eşitmənin zəifləməsi kimi əlamətlər müşahidə olunur. Ağırlaşmış formasında xəstədə ciddi hərəkət pozulması qeydə alına, hətta xəstə gəzə bilməyəcək hala düşə bilər.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova məlumat verib.

Nevropatoloqun sözlərinə görə, dağınıq skleroza əsasən gənc yaşlarda rast gəlinir. Xəstələr qeyd edirlər ki, onlarda heç bir əlamət olmadığı halda əsəbiləşəndə, yağışa düşəndə, soyuq havanın təsirinə məruz qalanda ciddi bir yeriş problemi müşahidə olunur. Bu əlamətlər xəstəliyin üzə çıxmasına səbəb olan amil rolunu oynayır. Lakin xəstəliyin əmələgəlmə səbəbləri bunlar deyil. Uzunmüddətli tədqiqatlar belə bu xəstəliyin yaranma səbəbini aşkarlaya bilməyib.

"Xəstəlik əksərən gənc yaşlarda başlayan, proqressiv artan və nəhayət müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyidir. Qeyd edim ki, bəzən dağınıq sklerozu terminoloji oxşarlığına görə yaşlı insanlarda rast gəlinən ateroskleroz xəstəliyi ilə qarışdırırlar. Bilmək lazımdır ki, bunlar tam müxtəlif xəstəliklərdir. Dağınıq sklerozun ən xoşagəlməz xüsusiyyətlərindən biri insanların cavan yaşlarında ciddi əlilliyə səbəb olmasıdır.

Xəstəliyin ilk simptomları o dərəcədə müxtəlif ola bilir ki, bəzən ilkin diaqnozun qoyulması həkimlər üçün də çətin olur. Hətta səhv diaqnoz da qoyulur. Onun elə proqressiv formaları var ki, xəstənin çox qısa bir müddət ərzində əlil arabasının köməyi olmadan hərətəkət edə bilməməsinə və ondan da ağır nəticələrə gətirib çıxara bilir.

Tovuzda 45 yaşlı kişi zəhərlənib like
  • 01 İyn 23:46  
Sosial Tovuzda 45 yaşlı kişi zəhərlənib

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

arrow Ətraflı
Moskvada koronavirusdan ölənlərin sayı 2 624 nəfərə çatıb like
  • 01 İyn 23:39  
Dünya Moskvada koronavirusdan ölənlərin sayı 2 624 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 71 nəfər

arrow Ətraflı
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri  SİYAHI like
  • 01 İyn 23:30  
Digərləri Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri SİYAHI

Rusiyanın Proqressiv Təhsil İnstitutunun mütəxəssisləri koronavirus pande

arrow Ətraflı
Moskvada koronavirus qurbanlarının sayı 2 624 nəfərə çatıb like
  • 01 İyn 23:20  
Dünya Moskvada koronavirus qurbanlarının sayı 2 624 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada son sutla ərzində daha 71 nəfər koronavirusdan

arrow Ətraflı
Tramp və Putin arasında telefon danışığı olub like
  • 01 İyn 23:17  
Dünya Tramp və Putin arasında telefon danışığı olub

ABŞ Prezidenti Donald Trampla Rusiya Federasiyasının Prezidenti Vladimir Puti

arrow Ətraflı
Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı - STATİSTİKA like
  • 01 İyn 23:11  
Sosial Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı - STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronav

arrow Ətraflı
Şamaxıda "UAZ" yanıb like
  • 01 İyn 23:10  
Digərləri Şamaxıda "UAZ" yanıb

Şamaxı rayonunda "UAZ" markalı minik avtomobilinin yanar hissələr

arrow Ətraflı
Nəyə görə hamilələrə fol turşusu vacibdir?  Və təkcə onlara deyil like
  • 01 İyn 23:05  
Digərləri Nəyə görə hamilələrə fol turşusu vacibdir? Və təkcə onlara deyil

Fol turşusu daha çox hamilə ginekoloqa gedən kimi ana və gələcək körpə

arrow Ətraflı
ÜST: Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 123 min artıb like
  • 01 İyn 23:00  
Dünya ÜST: Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 123 min artıb

Dünyada koronavirusa yoluxanların sayı sutkada 123 min artaraq 6 milyonu keç

arrow Ətraflı
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı like
  • 01 İyn 22:55  
Digərləri Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronav

arrow Ətraflı