ÜST: Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 123 min artıb


Dünya 01 İyn 2020 23:00:00 163 0

ÜST: Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 123 min artıb

Dünyada koronavirusa yoluxanların sayı sutkada 123 min artaraq 6 milyonu keçib. Koronavirusdan ölənlərin sayı isə 4 mindən çox artaraq 370 mini keçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilib.

İyunun 1-nə saat 12:00-a olan vəziyyətə görə, dünyada 6 057 853 yoluxma və 371 166 ölüm halı qeydə alınıb.Sutka ərzində daha 122 917 nəfər koronavirusa yoluxub, 4 000 nəfər ölüb.

Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 2 817 232 nəfər. Sutka ərzində həmin göstərici 73 439 nəfər artıb, ölənlərin sayı isə 2 812 nəfər artaraq 160 514 nəfərə çatıb.

Avropada ümumilikdə 2 159 791 yoluxma və 180 594 ölüm halı aşkarlanıb. 24 saat ərzində yoluxanların sayı 17 244, ölənlərin sayı isə 509 nəfər artb.