Vaşinqtonda komendant saatı daha 2 gün uzadıldı


Dünya 01 İyn 2020 22:20:00 155 0

Vaşinqtonda komendant saatı daha 2 gün uzadıldı

ABŞ-ın paytaxtı Vaşinqtonda kütləvi iğtişaşlar səbəbindən tətbiq edilən komendat saatı daha iki gün uzadılıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə şəhər meri Myuriel Bouzer keçirdiyi mətbuat konfransında deyib.

"Bu gün Vaşinqtonda, Kolumbiya şəhər dairəsində komendant saatının daha iki gün artırılmasına qərar verdi", - deyə Bouzer bildirib.

Yeni komendant saatı 1 iyun saat 19:00-dan başlayacaq və iki gün davam edəcək.