Ermənistanda ağır vəziyyətdə olan 500 koronaviruslu xəstə var


Dünya 01 İyn 2020 22:40:00 188 0

Ermənistanda ağır vəziyyətdə olan 500 koronaviruslu xəstə var

Ermənistanda koronavirusa yoluxma halının təsdiqləndiyi təxminən 500 nəfər ağır və ya çox ağır vəziyyətdədir.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Arsen Torosyan brifinq zamanı bildirib.

"Hazırda 440 vətəndaşımız ağır, 55 nəfər isə çox ağır vəziyyətdədir. 16 xəstə süni tənəffüs aparatına qoşulub", - nazir belə deyib.

Onun sözlərinə görə, həkimlər hələ ki ağır və çox ağır vəziyyətdə olan xəstələrin sayını azaltmağa müvəffəq ola bilməyiblər.