"Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq"


Digərləri 01 İyn 2020 22:30:00 69 0

"Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq"

"Hazırda koronavirusa yoluxma sayının artması ilk növbədə karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Çünki yumşalmalar nəticəsində insanlar arasında təmas riski də artır".

Son.az bildirir ki, bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.

O bildirib ki, hər kəs evində qapalı şəraitdə qaldığı müddətdə yoluxma sayı az olub: "İndi yumşalmalar var. Hər kəs şəhərə çıxır, rahat hərəkət edir. Gündən-günə karantin rejimi yumşaldılır, məhdudiyyətlər aradan qaldırılır. Yoluxmanın artmasının ikinci səbəbi isə  insanların məsuliyyətsiz davranışlarıdır. İnsanlar verilən tövsiyələrə, qadağalara məhəl qoymurlar. Təbii ki, məsuliyyətli olanlar da var. Amma məsuliyyətsiz olanlar yetəri qədər olduğuna görə qurunun oduna yaş da yanır. Şəhərə çıxanda müşahidə edin, görün nə qədər insan maska taxır, nə qədər insan sosial məsafəni qoruyur?

Bəzi qanunsuzluqlar baş verir. Əsasən də rayonlarda yas mərasimləri ilə bağlı qadağalara məhəl qoyulmur. Buna əhəmiyyət verməyən insanlar kütləvi şəkildə toplaşırlar. Kütləvi toplaşmalar virusun yayılması üçün ən yaxşı ortamdır, çünki insanlar burada bir-birinə çox yaxın məsafədə olurlar. Virusdan qorunmaq üçün ən azı 2 metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması - bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır".

V. Əliyev qeyd edib ki, maska taxılmaması ilə bağlı cərimələr tətbiq olunsa belə, qısa müddətdə yoluxma sayında azalma görə bilməyəcəyik: "Bir müddət keçməsi lazımdır. Xəstəliyin inkubasiya dövrünü nəzərə alsaq, yoluxma sayının azalıb-azalmayacağını ən azı 2 həftədən sonra görə bilərik".

İnfeksionist maska taxılmasının vacibliyi məsələsinə də aydınlıq gətirib: "Əslində, maskaların sağlam adam üçün qoruyuculuğu zəifdir. Maskanı xəstə insanlar taxmalıdır. Biz hamıya maska taxmasını tövsiyə edərkən yüngül formada xəstəlik keçirən, eyni zamanda asimptomatik, hər hansı klinik əlaməti olmayan insanları da nəzərə alırıq. Həmin şəxslərdə xəstəlik əlaməti olmasa da, onlar aktiv virus daşıyıcısıdırlar. Bu insan digərinə virusu yoluxdura bilər. Maskanın taxılması ilə xəstə və sağlam insanı ayırd etmədən xəstəliyin ötürücülüyünün qarşısını alınır. Bu, eyni zamanda sosial mesajdır. Hər kəs maska taxdığı zaman ortamda olan digər insanlar da bunu özünütənqid bilərək maska taxmağa məcbur olur. Hər kəs maska taxıb sosial məsafəni qorusa, yenə də yoluxma olacaq. Maskanın qoruyuculuğu 100 faiz deyil. Ancaq yoluxma sayı xeyli azalacaq, indiki vəziyyətdə olmayacaq".

Narkotik becərən qonşular saxlanıldılar like
  • 01 İyn 22:25  
Digərləri Narkotik becərən qonşular saxlanıldılar

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən nar

arrow Ətraflı
Vaşinqtonda komendant saatı daha 2 gün uzadıldı like
  • 01 İyn 22:20  
Dünya Vaşinqtonda komendant saatı daha 2 gün uzadıldı

ABŞ-ın paytaxtı Vaşinqtonda kütləvi iğtişaşlar səbəbindən tətbiq ed

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb like
  • 01 İyn 22:15  
Kriminal Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində t

arrow Ətraflı
İlham Əliyev: "Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpası prosesindəyik" like
  • 01 İyn 22:05  
İqtisadiyyat İlham Əliyev: "Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpası prosesindəyik"

"Bu gün toxunmaq istədiyim digər bir məsələ, - siz artıq onu qeyd etdiniz

arrow Ətraflı
Prezident İlham Əliyev: Ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub like
  • 01 İyn 22:01  
Siyasət Prezident İlham Əliyev: Ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub

Ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub.

arrow Ətraflı
Prezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur" like
  • 01 İyn 22:00  
İqtisadiyyat Prezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"

"Burada qaldırılmış bütün məsələlər böyük əhəmiyyətə malikdir v

arrow Ətraflı
Yevlaxda üçotaqlı ev yanıb like
  • 01 İyn 21:59  
Digərləri Yevlaxda üçotaqlı ev yanıb

Yevlax şəhərində ümumi sahəsi 96 kvadratmetr olan evdə yanğın baş veri

arrow Ətraflı
Rusiyalı aktyor koronavirusdan ölüb like
  • 01 İyn 21:54  
Digərləri Rusiyalı aktyor koronavirusdan ölüb

Rusiyalı Xalq artisti, teatr aktyoru Yulen Balmusov 80 yaşında vəfat edib.

arrow Ətraflı
Dövlət başçısı: "Düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik" like
  • 01 İyn 21:51  
Sosial Dövlət başçısı: "Düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik"

"Əlbəttə ki, pandemiya dövründə göstərdiyimiz bütün səylər insanlar

arrow Ətraflı
"ABŞda həbsdə saxlanılan alim Sirus Əsgəri İrana təhvil veriləcək" like
  • 01 İyn 21:50  
Dünya "ABŞda həbsdə saxlanılan alim Sirus Əsgəri İrana təhvil veriləcək"

Vaşinqtonla Tehran arasında əldə edilən razılaşmaya əsasən, iranlı fiz

arrow Ətraflı
Azərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik" like
  • 01 İyn 21:47  
İqtisadiyyat Azərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"

"Bildiyiniz kimi, biz bir sıra mühüm layihələr üzərində işləyirik. Asi

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 01 İyn 21:45  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı