"ABŞda həbsdə saxlanılan alim Sirus Əsgəri İrana təhvil veriləcək"


Dünya 01 İyn 2020 21:50:00 188 0

"ABŞda həbsdə saxlanılan alim Sirus Əsgəri İrana təhvil veriləcək"

Vaşinqtonla Tehran arasında əldə edilən razılaşmaya əsasən, iranlı fizik Sirus Əsgəri tezliklə evinə qayıdacaq.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib. 

"Hər hansı problem yaranmazsa, Sirus Əsgəri yaxın günlərdə ölkəmizə qayıdacaq", - o vurğulayıb.

Qeyd edək ki, Sirus Əsgəri Ağ Evin İrana qarşı tətbiq etdiyi sanksiyaları pozduğu üçün 2017-ci ildə ABŞ-da saxlanılıb. O, Ohayo ştatının universitetindən məxfi məlumatlar oğurlamaqda və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham olunurdu.