Türkiyədə koronavirusdan sağalanların sayı 129 minə yaxınlaşır


Dünya 01 İyn 2020 21:21:00 153 0

Türkiyədə koronavirusdan sağalanların sayı 129 minə yaxınlaşır

Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 563 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 839 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 164 769 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 974 nəfər olmaqla 128947 nəfər təşkil edir.