İranda daha 81 nәfәr koronavirusdan ölüb


Dünya 01 İyn 2020 20:24:00 146 0

İranda daha 81 nәfәr koronavirusdan ölüb

İranda ötәn sutka әrzindә daha 81 nәfәr koronavirusdan (COVID19) ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, belәliklә, İranda bu virusdan ölәnlәrin sayı 7 878 nәfәrә yüksәlib. Cahanpur әlavә edib ki, ötәn 24 saat әrzindә daha 2 979 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 154 445 nәfәrә çatıb. Virus daşıyıcılarından 2 578 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi indiyәdәk 121 004 nәfәrin koronavirusdan sağaldığını deyib.