Oğlunu itirən Ebru İstanbuldan gedir


Digərləri 01 İyn 2020 20:34:00 184 0

Oğlunu itirən Ebru İstanbuldan gedir

Türkiyəli aparıcı və pilates müəllimi Ebru Şallı itirdiyi 9 yaşlı oğlu Pars üçün 40 mərasimi keçirib.

Son.az axşam.az-a istinadən bildirir ki, türk mətbuatı onun yaxın günlərdə İstanbulu tərk edəcəyini yazıb.

Bildirilir ki, son günlər psixologiyası pozulan və tez-tez ağlayan Ebruya 16 yaşlı oğlu Beren və həyat yoldaşı Uğur Akkuş dəstək olur.

Qeyd edək ki, E.Şallının oğlu iki illik müalicədən sonra limfa vəzində yaranan xərçəng xəstəliyi səbəbilə 16 apreldə vəfat edib.