"Cəmiyyətdəki statusum siyasətçilərdən üstündür"


Şou-biznes 01 İyn 2020 20:14:00 192 0

"Cəmiyyətdəki statusum siyasətçilərdən üstündür"

Müəyyən qədər işlər görmüşəm. Gənc yaşlarımdan müəllim kimi fəaliyyətə başlamışam. Müəllim həm öyrədir, həm öyrənir. Bu, ustadı püxtələşdirir. İndi mənim tələbələrim tərəf müqabillərimdir, onların uğurlarına sevinirəm. Muğamı əlifbadan öyrətmişəm. Sıfırdan onlara dərs keçmişəm. İndi görürəm ki, fəxri ad alırlar, mənimlə xarici ölkəyə gedirlər. Bu gün hamı siyasətçi olub. Ən böyük siyasət elə mədəniyyətdir.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov "Ay Zaur" verilişində deyib.

Xanəndə aparıcı Zaur Kamalın "Bir ara dedilər ki, deputat olmaq istəyirsiniz" sözlərinə belə cavab verib:

"Açıq deyirəm, bu gün cəmiyyətdəki statusum siyasətçilərdən üstündür. Çünki mədəniyyət xadimiyəm. Mənim bacardığım iş, xeyir verəcəyim yer buradır".