Koronavirusa yoluxmuş hamilə körpəsini görmədən öldü


Dünya 01 İyn 2020 20:19:00 179 0

Koronavirusa yoluxmuş hamilə körpəsini görmədən öldü

30 yaşlı gənc tibb bacısı Dilək Akcabələn hamiləlik müddətində koronavirusa yoluxub. Aprelin 11 də xəstəxanaya karantin şəraitində müalicəsi aparılan qadın,ay yarımdan sonra COVİD-19 səbəbindən həyatını itirib.

Son.az medicina.az-a istinadən bildirir ki, xəstəxanaya aparılandan 3 gün sonra vəziyyəti pisləşən gənc qadın qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirib. Bir gecədə vəziyyəti pisləşən Diləyin ağ ciyərləri funksiyasını itirib.

Ehtimallara görə o virusa qonşuluqda yaşayan ailədən yoluxub.1 ay yarım xəstəxanada koronavirusla mübarizədə məğlub olan gənc ana körpəsini qucağına almadan, sadəcə bir neçə saniyə görə bilib.

Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca Dilək Ağçabələnin ailəsinə baş sağlığı verib.