50 gün İBL arapatında olan koronavirus xəstəsi sağ qaldı


Digərləri 01 İyn 2020 19:59:00 164 0

50 gün İBL arapatında olan koronavirus xəstəsi sağ qaldı

Bu aparatda bu qədər uzun müddət qalmaq yaşamaq şansını sıfıra yaxınlaşdırır. Amma 44 yaşlı peşəkar bodilbilder ustası Stiv Benks bunu bacardı.

Son.az medicina.az-a istinadən bildirir ki, Britaniya vətəndaşı Stiv 17 martdan koronavirusun simptomlarını hiss edib.

1 həftə sonra onda ciddi boğulmalar başlayır və xəstəxanaya yerləşdirilir.

Orda kişiyə koronavirus diaqnozu qoyulur, intubasiya edilir və süni ventilyasiya aparatına qoşulur.

Benksin vəziyyəti hər gün pisləşirdi. Onun ürəyi, böyrək və ağciyərləri sıradan çıxdı, sepsis başladı.

Həkimlər onun hər an öləcəyini proqnozlaşdırmışdı.

Lakin hətta böyrəklər imtina etdikdən sonra xəstənin vəziyyəti düzəlməyə doğru gedir.

Ona görə həkimlər onu süni ventilyasiya aparatında uzun müddət saxlayırlar.